“İçərişəhər” Qoruğunun rəhbəri işdən ÇIXARILDI

11:20 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərini tutduğu vəzifədən azad edib.

Hafta.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Əsgər Ələkbərov 2016-cı ilin mayında “İçərişəhər” Qoruq İdarəsinin rəhbərliyinə gətirilmişdi.